XƏBƏR
13:28

  Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı kuboku yarışları keçiriləcək

Gündəm

Xəbər lenti

İyunun 15-də Abşeron Olimpiya İdman Kompleksində uşunun citkundo və çinda növləri üzrə Bakı kuboku yarışları keçiriləcək.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Uşu Federasiyasından verilən məlumata görə, yarış yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Çempionatda Bakının idman klublarında 200 idmançı birincilik uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.




  Yayım tarixi :13 Iyun 2019   13:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .