XƏBƏR
09:09

  UNESCO-nun rəsmisi: Azərbaycanın qadın hüquqları sahəsində öndə olması qürurvericidir

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Çox maraqlı bir konfrans keçdi. Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib. Qadın hüquqları sahəsində Azərbaycanın öndə olması qürurvericidir.

 

Agyol.az xəbər verir ki, bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, UNESCO-nun gender məsələləri üzrə direktoru Saniye Gülser Corat müsahibəsində söyləyib.

 

Saniye Gülser Corat Azərbaycan və UNESCO arasında yüksək səviyyəli əlaqələrə toxunaraq, Azərbaycanın Birinci vitse –prezidenti Mehriban Əliyevanın bu əlaqələrə töhfəsindən danışıb. O, Azərbaycanın təkcə milli səviyyədə deyil, digər ölkələrdə də qızlar və qadınlar məsələsinə önəm verdiyini bildirib. Həmçinin bir çox ölkələrdə qızların təhsil alması istiqamətində layihələrə imza atdığını vurğulayıb.

 

“Konfransda qadın məsələsi ilə bağlı müxtəlif mövzulara toxunuldu, fikir mübadiləsi aparıldı. Mən çıxışımda Azərbaycanın UNESCO ilə əməkdaşlığından danışdım. Xüsusilə qadınların təhsil məsələsi ilə bağlı Azərbaycanın həyata keçirdiyi layihələr, UNESCO-ya verdiyi töhfələr haqqında məlumat verdim. Əminəm ki, ölkənizlə təşkilatımız arasında əlaqələr daha da möhkəmlənəcək və yeni layihələrə birlikdə imza atacağıq”, - deyə Saniye Gülser Corat söyləyib.




  Yayım tarixi :12 Iyun 2019   09:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .