XƏBƏR
10:42

  Dünyada Ən Çox Yayılmış Dinlər - TOP 10

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu
Agyol.az xəbər verir ki, dünyada 7 milyarddan çox insan yaşayır. İnsanların hər birinin özünəməxsus fikirləri, hissləri, inam və inancları var. Bu səbəbdən dünyada müxtəlif dinlər meydana gəlmişdir ki, həmin dinlərin bəzilərində ALLAHA inam, bəzilərində bütlərə inam, bəzilərində isə tamamilə başqa-başqa inamlardır. Azens.az oxucularına dünyada mövcud olan ən populyar dinləri təqdim edir:

*** 10. İudaizm

İudaizm dünyanın ən qədim dinlərindəndir. Bu din 3.500 il bundan əvvəl Xanaanda (indiki İsrail ərazisi), Yaxın Şərq və Misirdə yaranmışdır. Bəzi məlumatlara görə, dünyada bu dinə inam gətirənlərin sayı 15 milyondan çoxdur. Bu dinin adı müqəddəs kitab hesab edilən “İncil”də də çəkilir: “İbrahim (Avraam) tərəfindən əsası qoyumluş, yəhudi əsirlərini Misir əsarətindən azad edən Musa (Moisey) tərəfindən yaradılmış bu din ən qədim monoteist din hesab edilir”. Yuxarıda adları çəkilən bu iki peyğəmbər mototeizmin yaradıcıları hesab edilir.

*** 9. Siqhizm

Bu din dünyanın populyar dinlərindən hesab edilir və bu din təxminən 500 il bundan öncə cənubi Asiyada (Pəncab) yaranmışdır. Dinin mahiyyəti Qrant Sahibin Quru yazılarında göstərilir və dünyanın ən cavan dinidir. Bu dinin yaradıcısı Quru Nanaq hesab olunur və onun qəbri Pakistanda Nankana – Sahib adlanan yerdədir. Hesablamalara görə, siqhizmə inam gətirənlərin sayı təxminən 25-28 milyon civarındadır. Bəzi hesablamalara görə isə, Hindistanda Pencabda Quru Nanakın 10 müxtəlif Quru təliminə 90 milyona yaxın insan riayət edir.

*** 8. Anqlikanlıq

Anqlikanlıq dini İngiltərə kilsəsinə və bu kilsənin tələbinə uyğun dini təbliğat aparan bütün kilsələr aid edilir. Anqlikanlıq dininin əsası xristianlıqdır və müqəddəs kitabları “İncil”dir. Bu dinin əsasını Müqəddəs yazılarda deyilənlər və Apostol Kilsəsinin ənənələri təşkil edir. Dünyada bu dinə inananların sayı təxminən 85,5 milyona yaxındır.

*** 7. Ateizm

Ateizmin əsl mənası – heç bir dinə inanmamaq, dinsizlik deməkdir. Bu din də elə dinsizliyi təbliğ edir və bu dinə görə, İlahi qüvvə, ruhlar, o biri dünya, qara qüvvələr və s... mövcud deyil. Bir sözlə, bu din bütün dini inancları inkar edir. Statistikaya görə, ateizm bütün dünyada ildən ilə artmaqdadır. Bu dinin vətəni Amerika hesab edilir, əslində isə bu din ilk dəfə XVI əsrdə Fransada tanınmışdır və dünyada 150 milyondan çox tərəfdarı var. Amma hesablamalara görə, 2015-ci ildə Çin əhalisinin 61%-i bu dinə riayət edənlərdəndir.

*** 6. Buddizm

Bu din dünyanın tarixi dinlərindəndir və 2.500 il bundan öncə Hindistanda yaranmışdır ki, əsası Budda təlimindən ibarətdir. İlk öncələr buddizm Bütün Asiya ərazisini bürümüş, sonralar, yəni İslam dini yarandıqdan sonra yalnız Hindistan ərazısını əhatə etmişdir. Bəzi məlumatlara əsasən, dünya əhalisinin 7%-i buddistlərdir ki, bu da, təxminən 500 milyondan çox insan deməkdir. Buddistlərin əksəriyyəti Hindistan, Myanma (Birma), Yaponiya, Çin və Şri-Lanka əhalisidir. Buddizmin əsasını Siddharta Qautamanın (Budda) təlimi təşkil edir və yaradıcısı da elə bu şəxs olmuşdur.

*** 5. Aqnostisizm

Aqnostisizm – ayrıca, xüsusi bir dindir ki, əsasını fəlsəfə təşkil edir. Bu dini təlimdə ALLAHın İlahiliyini və ən Ali bir Varlıq olmasını sübuta yetirmək üçün daima elmi-fəlsəfi araşdırmalar, axtarışlar aparılır. Elə bu səbəbdən də bu din fəlsəfi bir din hesab edilir. Dinin üzvülərinin hamısı ALLAH-ın aliliyini sübuta yetirən faktlar axtarışındadır və məqsədləri ALLAHın aliliyini bütün dünyaya sübut etməkdir. Bu dinin kökü eramızdan əvvəl V əsrə gedib çıxır və hal-hazırda dünyada 640 milyon dini filosof vardır.

*** 4. İnduizm

İnduizm dini dünyanın qədim dinlərindən biridir. Bu dinin başlanğıcı yoxdur və nə vaxt yarandığı məlum deyil. İnduizm hal-hazırda, əsasən Hindistan və Nepalda daha çox yayılmışdır. Bu din əsasən, karma, dxarma, sansara, mayya, mokşa və yoqa təlimlərindən ibarətdir. Dünyada 1 milyarda yaxın adam bu dinə inanır. İnduistlər əsasən, Hindistanda, İndoneziyada, Şri-Lankada, Banqladeşdə, Nepalda və Malaziyada yaşayan əhalilərdir ki, bu da dünya əhalisinin 15%-ini təşkil edir.

*** 3. Katolisizm

Bu din dünyada ən məşhur və ən böyük dinlərdəndir ki, özünün mərkəzləşdirilmiş təşkilatçılığı ilə digərlərindən çox fərqlənir. Katolisizm dünyada ən çox üzvü, təəssüfkeşi və tərəfkeşi olan xristianlıq mənsəbidir. Baş katolik kilsə Romada Vatikan dövlətinin ərazisində yerləşir və bütün katolik kilsələrə Roma Papası başçılıq edir. Katolisizm qədim dinlərdən olduğu üçün dünya üzrə üzvlərinin sayı 1,2 milyaddan çoxdur.

*** 2. Xristianlıq

Xristianlıq dünyanın ən böyük monoteist dinlərindəndir və bu din İsa peygəmbərin dini təlimləri əsasında yaradılmışdır. Bu dinə sitayiş edənlər - xristianlar adlandırılırlar. Xristianlığa dünya üzrə 2,4 milyarddan çox adam sitayiş edir. Xristianlığa görə İsa ALLAH-ın oğludur və bütün bəşəriyyətin Xilaskarıdır. “İncil” xristianlığın müqəddəs kitabı hesab edilir. Xristianlıq dünyanın bir çox qitələrində ən məşhur dindir. Məsələn: Avropa, Şimali və Cənubi Amerika qitələrində, Avtraliya, hətta bəzi Asiya ölkələrində geniş yayılmış və yayılmaqdadır. Habelə, Hindistan, Suriya, Efiopiya və bir çox Asiya ölkələrində də məşhur olduğundan həmin bu ölkələrdə İnduizm dini təliminə sitayiş edənlərin sayı getdikcə azalmağa doğru getmişdir.

*** 1. İslam

Bu din dünyanın ən böyük dinlərindən hesab edilir. “Quran”- bu dinin müqəddəs kitabı hesab edilir. Satışına və nəşrinə görə “Quran” “Ginnessin Rekordlar kitabı”na düşmüşdür. İslam dininə sitayiş edənlər – müsəlmanlar adlandırılırlar. Bu dini təlimin əsası Məhəmməd peyğəmbər tərəfindən VII əsrdə (təxminən1.500 il əvvəl) qoyulmuşdur. Hesablamalara görə, dünya əhalisinin 23%-i müsəlmandır və bu da 1,7 milyarddan çox adam deməkdir. Bu dini təlimə görə. ALLAH tək və böyükdür və Məhəmməd ALLAHın sonuncu peyğəmbəridir. Müsəlmanların çox hissəsi İndoneziyada, Pakistanda, İranda, İraqda, Səudiyyə Ərəbistanında və 20%-dən çoxu isə Yaxın Şərqdə, Avropada, Rusiyada, Amerika və Çində məskunlaşmışlar. Hamı tərəfindən səmimi etiraf edilməkdədir ki, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlləri üçün ən yayılmış din - İslam dinidir.




  Yayım tarixi :11 Iyun 2019   10:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .