XƏBƏR
12:50

  Xırdalanda “Sazımızın qüdrəti, sözümüzün hikməti” konserti keçirilib

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Xırdalandakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə aşıq sənətinin inkişafına həsr olunan “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı konsert proqramı təqdim edilib.

 

Agyol.az xəbər verir ki, konsertdə milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında görülən genişmiqyaslı işlərdən söz açılıb. Qeyd edilib ki, Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün xalqımızın ürəyində yaşayır.

 

Tədbirdə Xırdalan, Ceyranbatan, Mehdiabad musiqi məktəblərinin və Rayon Mədəniyyət Mərkəzinin aşıqları çıxış edərək, saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirib, ustadın yazdığı əsərləri, bir-birindən zəngin saz havaları ifa edərək, tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.




  Yayım tarixi :10 Iyun 2019   12:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .