XƏBƏR
14:47

  Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə Mirzə Ələkbər Sabirin və Vaqif Səmədoğlunun şeirləri dərc edilib

Gündəm

Xəbər lenti

Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə Azərbaycan şairləri Mirzə Ələkbər Sabirin və Vaqif Səmədoğlunun şeirləri dərc olunub.

 

Agyol.az xəbər verir ki, şeirləri orijinaldan şair Kərim Bəxriyev çevirib.

 

Əvvəl Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, bildirilir ki, M.Ə.Sabir əbədiyaşar şairdir.

 

Xatırladırıq ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla bu ölkənin “Ədəbiyyat qəzeti”nin baş redaktoru Baxtiyor Karim arasında əməkdaşlıqla bağlı görüş keçirilib.

 

AMM-nin direktoru 2019-cu ilin ölkəmizdə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar il ərzində “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışının dərc olunmasını və bu buraxılışın bütövlükdə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmasını təklif edib və hazırda bu istiqamətdə iş aparılır.




  Yayım tarixi :08 Iyun 2019   14:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .