XƏBƏR
14:27

  Hərbi Dəniz Qüvvələrinin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilmiş təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.




  Yayım tarixi :08 Iyun 2019   14:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .