XƏBƏR
14:22

  Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun üçüncü günündə beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və innovasiyalar müzakirə olunacaq.

Agyol.az xəbər verir ki, forumun proqramı Rusiya-Azərbaycan biznes dialoqu ilə başlayacaq.
Proqramda qeyd olunduğu kimi, Rusiya və Azərbaycan hökumətləri ikitərəfli əməkdaşlığın möhkəmlənməsi kursu ilə irəliləyir. Hazırda aqrosənaye kompleksində əməkdaşlığın fəallaşması üzrə birgə plan, turizm sahəsində əməkdaşlıq proqramı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması üzrə fəaliyyət planı reallaşdırılır, milli valyutalarda qarşılıqlı əməliyyatların həcminin artırılması üzrə məsələlər müzakirə olunur.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 6-dan 8-dək keçirilir.





  Yayım tarixi :08 Iyun 2019   14:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .