XƏBƏR
14:18

  Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb

Gündəm

Xəbər lenti

İyunun 8-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb.

 

Agyol.az xəbər verir ki, 2 gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verir.

 

İştirakçılar yarışlar ərzində “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar”, “balacalar” və “kiçiklər” yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

 

Akrobatlar isə “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

 

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edir.




  Yayım tarixi :08 Iyun 2019   14:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .