XƏBƏR
14:15

  Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

Gündəm

Xəbər lenti

AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Macarıstan matçına bilet satışı davam edir.

 

Agyol.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.

 

Onun sözlərinə görə, oyun üçün satışa çıxarılan biletlərdən artıq 7 min 500-ü satılıb: "Hazırda bilet satışı davam etdirilir. Oyunla bağlı stadionda təşkilatçılıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir".

 

Qeyd edək ki, Azərbaycan-Macarıstan matçı bu gün saat 20:00-da başlayacaq.




  Yayım tarixi :08 Iyun 2019   14:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .