XƏBƏR
12:00

  Tsukubada G20 ölkələrinin ticarət və rəqəmsal iqtisadiyyat nazirlərinin görüşü başlayıb

Gündəm

Xəbər lenti

İyunun 8-də Tokionun yaxınlığında yerləşən İbaraki prefekturasında yerləşən Tsukuba şəhərində G20 ölkələrinin ticarət və rəqəmsal iqtisadiyyat nazirlərinin görüşü başlayıb.

 

Agyol.az xəbər verir ki, ABŞ ilə Çin arasında kəskinləşməkdə davam edən ticari qarşıdurma fonunda azad ticarət barədə məsələnin ikigünlük müzakirələrinin görüşün əsas mövzusu olacağı gözlənilir.

 

Görüşün təşkilatçılarının bildirdiyinə görə, rəqəmsal iqtisadiyyat sahəsində əsasən süni intellektdən istifadə olunmasına əsaslanan texnologiyaların tətbiqi və istifadəsi ilə bağlı hüquqi normaların hazırlanmasının müzakirələri planlaşdırılır.

 

Görüşə Yaponiyanın inzibati işlər və kommunikasiya naziri Masatoşi İşida və iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko sədrlik edəcək.

 

Qeyd etmək lazımdır ki, bununla yanaşı Yaponiyanın cənub-qərbində G20 ölkələrinin maliyyə nazirlərinin və mərkəzi banklarının rəhbərlərinin görüşü başlayıb. Fukuokada keçirilən həmin görüşün gündəliyində isə dünya iqtisadiyyatında vəziyyət və ABŞ ilə Çin arasında ticari fikir ayrılığı mövzuları xüsusi yer tutacağı gözlənilir. Bununla yanaşı, iştirakçılar vergi tətbiqi sisteminin təkmilləşdirilməsi və davamlı inkişafın təmini məsələlərini də müzakirə edəcəklər.

 

Qeyd edək ki, cari ildə Yaponiya ilk dəfə G20 ölkələrinin sammitinə sədrlik edir. Bununla əlaqədar il ərzində ölkənin müxtəlif şəhərlərində quruma daxil olan ölkələrin nazirlərinin görüşləri gözlənilir.

 

G20 ölkələri liderlərinin sammiti isə iyunun 28-29-da Osakada keçiriləcək.




  Yayım tarixi :08 Iyun 2019   12:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .