XƏBƏR
10:15

  Avro-2020 həyəcanı: Azərbaycan Macarıstana qarşı

Gündəm

Xəbər lenti

Bu gün Azərbaycan millisi 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

 

Agyol.az xəbər verir ki, E qrupunda mübarizə aparan yığmamız saat 20:00-da “Bakcell Arena”da Macarıstan komandasını qəbul edəcək.

 

Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

 

Qrupun digər oyunu Xorvatiya və Uels yığmaları arasında keçiriləcək.

 

Millimizin baş məşqçisi Nikola Yurçeviç bugünkü oyunla bağlı nikbin olduğunu qeyd etmişdi.

 

Xatırladaq ki, Azərbaycan yığması ilk matçda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olub.




  Yayım tarixi :08 Iyun 2019   10:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .