XƏBƏR
21:23

  SOCAR və BP birgə neft-kimya kompleksinin tikintisini planlaşdırır (ÖZƏL)

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

“Star” neft emalı zavodu işə salınma mərhələsindədir.

 

Agyol.az xəbər verir ki, bunu “SOCAR Turkey” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte özəl müsahibəsində deyib.

 

Onun sözlərinə görə, zavodda sınaq prosesi demək olar ki, başa çatıb:

 

“Bütün bölmələr istifadəyə verilib, istehsal faktiki olaraq başlayıb. Zavodda reaktiv yanacaq, dizel yanacağı, mayeləşdirilmiş karbohidrogen qazı və digər məhsullar istehsal olunur”.

 

M.Lekomptenin sözlərinə görə, bu ilin sonunadək zavodda 8 milyon tonadək xam neft emal olunacaq.

 

“Petkim” neft-kimya kompleksi barədə danışan rəsmi bildirib ki, müəssisə Türkiyədə ən iri neft-kimya məhsulları istehsalçısıdır:

 

“Hazırda müəssisə bazarda tələbatın təxminən 20 faizini təmin edir. Türkiyədə "Petkim"in müştəriləri 2500-3000 nəfərdir. Ölkə xaricində "Petkim" 11 ölkəyə məhsul ixrac edir. Kompleks 20-dən çox müxtəlif məhsul istehsal edir”.

 

SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaları barədə danışan M.Lekompte vurğulayıb ki, şirkət bu ölkədə ən iri beynəlxalq investordur:

 

“Türkiyəyə ən iri investisiyalar faktiki olaraq Azərbaycandan, SOCAR-dan daxil olur. 2008-ci ildən SOCAR Türkiyədə işə başlayandan bu günədək investisiyaların ümumi həcmi 15 milyard dollar təşkil edib. Əgər planlaşdırılmış məbləğləri əlavə etsək, 19,5 milyard dollar rəqəmini əldə edirik. 2020-ci ildən başlayaraq yeni neft-kimya zavodunun tikilməsi planlaşdırılır. Hazırda bunun üzərində işləyirik, bu işə 2-3 il vaxt gedəcək. Bu, "SOCAR Turkey" ilə BP-nin birgə layihəsidir”.




  Yayım tarixi :07 Iyun 2019   21:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .