XƏBƏR
22:00

  Vladimir Putin yeniyetmələrə dünya dinlərinin müqəddəs kitablarını oxumağı tövsiyə edib

Gündəm

Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın iri informasiya agentliklərinin rəhbərləri ilə görüşüb.

 

Agyol.az xəbər verir ki, görüşdə 9 ölkənin, o cümlədən Rusiya, Böyük Briyaniya, Almaniya, İran, İspaniya, İtaliya, Çin, Fransa və Yaponiya informasiya agentliklərinin rəhbərləri də iştirak ediblər.

 

Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə artıq altıncı dəfə keçirilən görüşdə Rusiya Prezidneti iştirakçıları maraqlandıran suallara cavab verib.

 

İtaliyanın ANSA agentliyinin baş redaktoru Luicu Kontunun “yeniyetmələrə hansı kitabı oxumağı məsləhət görərdiniz” sualına cavabında V.Putin dünya dinlərinin müqəddəs kitablarını, o cümlədən Qurani-Kərimi oxumağı tövsiyə edib.

 

O bildirib ki, dünya dinlərinin humanizmə əsaslanan müqəddəs kitabları – Bibliya, Quran və Tövrat sayəsində dünya daha yaxşı, sakit və sabit ola bilər. Rusiya Prezidenti deyib: “Bu kitablar humanizmə əsaslanır və biz orda yazılan qaydalara riayət etsək, dünya daha yaxşı, sakit və sabit olar”.

 

“Dayanıqlı inkişafın gündəmini formalaşdıraraq” şüarı altında təşkil olunan forumun proqramına 120-dən çox tədbir daxil edilib. İyunun 8-dək davam edəcək foruma 75 ölkədən 17 min nümayəndə qatılıb.




  Yayım tarixi :06 Iyun 2019   22:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .