XƏBƏR
16:04

  Özbəkistanın tnews.uz portalı öz səhifəsində erməni vandalizmi ilə bağlı məqalə yerləşdirib

Gündəm

Xəbər lenti

Özbəkistanın tnews.uz portalı öz səhifəsində özbək dilində erməni vandalizmi ilə bağlı məqalə yerləşdirib.

 

Agyol.az xəbər verir ki, materialda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni vandalizmi haqqında danışılır, Şuşadakı Gövhər Ağa Məscidinin, digər abidələrin dağıdılması və talan olunması haqqında məlumat verilir.

 

Qeyd olunur ki, 1883-cü ildə azərbaycanlı usta Səfixan Qarabağinin tikdiyi bu məscid indi ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur. Sual olunur, nə vaxtsa Şuşada farslar yaşayıbmı ki, onların burada məscidi də olsun?

 

1969-cu ildən bəri bu məsciddən tarix muzeyi kimi istifadə edilib. 1992-ci ilin mayında isə qədim Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra bu arxitektura binası viran edilib.

 

Sonra məqalədə Şuşanın ərazisi, əhalisi, şəhərin kənd və qəsəbələri haqqında söhbət açılır. Bildirilir ki, Şuşada Azərbaycan Pedaqoji İnstitutunun, Neft və Kimya İnstitutunun filialları, Mədəni-Maarif Texnikumu fəaliyyət göstərib. Şuşa və kəndlərində 24 orta, 8 musiqi məktəbi olub. İşğal zamanı mədəniyyət evləri, muzeylər, kitabxanalar, qalereyalar talan edilib.




  Yayım tarixi :06 Iyun 2019   16:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .