XƏBƏR
13:57

  Lənkəranlı taekvondoçular Türkiyədə keçirilən beynəlxalq turnirdə iki qızıl medal qazanıblar

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu
Türkiyənin Ordu şəhərində Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş taekvondo üzrə beynəlxalq turnirdə lənkəranlı idmançılar uğurla çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Agyol.az xəbər verir ki, beynəlxalq turnirdə iştirak edən yeniyetmələrdən ibarət Azərbaycan millisinin heyətində Bakı və Sumqayıt şəhərlərində, eləcə də ölkəmizin digər regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klublarının taekvondoçuları da yer alıblar.

Millimiz turnirdə 9 medal qazanıb. Bu medallardan ikisi lənkəranlı idmançıların payına düşür.

“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirmələri - Fərid Əliyev və Nizami Hacıyev rəqiblərinə heç bir şans verməyiblər. Onlar 49 və 53 kiloqram çəki dərəcələrində qızıl medala sahib olublar.

Qeyd edək ki, beynəlxalq turnirdə Türkiyə, Azərbaycan və Suriya idmançıları, ümumilikdə, 300 taekvondoçu qələbə uğrunda mübarizə aparıb.

Yeniyetmələrdən ibarət Azərbaycan millisi komanda hesabında oğlanlar arasında birinci, qızlar arasında ikinci, ümumi medal sayına görə də birinci yeri tutub.




  Yayım tarixi :06 Iyun 2019   13:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .