XƏBƏR
09:47

  Bu gün Bakıda beynəlxalq badminton turniri başlayır

Gündəm

Xəbər lenti

Bu gün Bakıda "Azerbaijan International" beynəlxalq badminton turniri başlayacaq.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, "International Challenge" seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Bu, "International Challenge" seriyalı turnirlər üçün rekord göstəricidir.

 

Ümumi mükafat fondu 25 min ABŞ dolları olan yarış Bakı İdman Sarayında təşkil ediləcək.

 

Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək.

 

Qeyd edək ki, turnir 6-9 iyun tarixlərində keçiriləcək.




  Yayım tarixi :06 Iyun 2019   09:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .