XƏBƏR
12:04

  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz dininə, əqidəsinə sadiqdir - QMİ sədri

Gündəm

Xəbər lenti

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar məclisləri təşkil etməsi, iftar süfrələrində iştirak etməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir.

AgYol.az verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə "Təzə Pir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə bildirib ki, Prezident İlham Əliyevin, xarici dövlətlərin diplomatlarının, bütün dinlərin nümayəndələrinin Azərbaycanda təşkil olunan iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı və multikultural həyatı göstərdi.

QMİ sədri Azərbaycanda dini durumun çox yaxşı olduğunu və dindarlar üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.

A.Paşazadə dindarlar adından dövlətə təşəkkür etdiyini bildirib.





  Yayım tarixi :05 Iyun 2019   12:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .