XƏBƏR
16:50

  Dənizkənarı Milli Parkda pulsuz idman dərsləri keçiriləcək

Gündəm

Xəbər lenti

Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək.

 

Agyol.az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bidirib.

 

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən "Yay gəlir" kampaniyasına start verir:

 

"Layihə çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə - saat 09:00-da və 19:00-da keçiriəcək. Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz. Ağ Şəhər bulvarı ərazisində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir".




  Yayım tarixi :04 Iyun 2019   16:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .