XƏBƏR
11:55

  Azərbaycanda ayın görünəcəyi vaxt açıqlandı - RƏSMİ

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının hansı gün qeyd olunması ilə bağlı ənənəvi suallara aydınlıq gətirib.

 

Agyol.az xəbər verir ki, Qurumdan verilən məlumata görə, Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki, yeni ay 3 iyun 2019-cu il tarixində 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

 

Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur.

 

Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olur. Odur ki, Azərbaycanın üfüqündə Şəvval ayının Hilalı 4 iyun tarixində - axşam saatlarında 20:20 - 21:06 radələrində gözlə görünəcək.

 

Qeyd edək ki, bu münasibətlə iyunun 5-i saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.




  Yayım tarixi :04 Iyun 2019   11:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .