XƏBƏR
09:44

  Ərdoğan: Terrorçular üzərində qələbəyə lap az qalıb

Gündəm

Xəbər lenti

İraqda terrorçular üzərində qələbəyə lap az qalıb. Agyol.az xəbər verir ki, belə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

 

R.T.Ərdoğanın sözlərinə görə, terrorçularla mübarizə Türkiyənin prioritetlərindən biridir.

 

Türkiyəli lider qeyd edib ki, ölkənin Hərbi Qüvvələri və Hərbi Hava Qüvvələrinin İraqın şimalında apardığı ardıcıl əməliyyatlar Türkiyənin terrorizmlə mübarizədəki qətiyyətini göstərir.

 

O əlavə edib: "İraqın şimalında hərbi əməliyyatlar son terrorçu məhv edilənə qədər davam edəcək".

 




  Yayım tarixi :04 Iyun 2019   09:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .