XƏBƏR
09:23

  Planetlərdən birinə İmadəddin Nəsimin adı verilib

Gündəm

Xəbər lenti

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, müvafiq vəsatət rəsədxananın fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, BAİ üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.

 

Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır.

 

Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet Rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti adını daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.




  Yayım tarixi :04 Iyun 2019   09:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .