XƏBƏR
14:06

  Bu ölkədə itburnu qadağan edildi

Gündəm

Xəbər lenti

Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi itburnunu zərərli bitkilər siyahısına daxil edib.

 

Agyol.az xəbər verir ki, iyunun 1-dən başlayaraq bu bitkinin ölkə ərazisində əkilməsi, idxalı və satışı qadağan edilib.

 

Hökumət bağlarda, parklarda, yol kənarlarında bu bitkilərin məhv edilməsini tövsiyə edib. İri plantasiyaların məhv edilməsi üçün isə texnika ayrılacaq.

 

Bundan başqa, Finlandiyada canavarla itin hibridi olan itlərin yetişdirilməsi və saxlanılması qadağan edilib. Hazırda evlərdə saxlanılan itlərin ömrünün sonunadək saxlanmasına icazə verilib.




  Yayım tarixi :03 Iyun 2019   14:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .