XƏBƏR
10:55

  Bu gün Bakıda 33, rayonlarda 36 dərəcə isti olacaq

Gündəm

Xəbər lenti

Bu gün ölkə ərazisində isti yay havası müşahidə olunacaq.

 

Agyol.az xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 29-33° isti, Bakıda 31-33° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə aranda 31-36° isti, dağlarda 20-25° isti təşkil edəcək.




  Yayım tarixi :03 Iyun 2019   10:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .