Atletimiz dünya birinciliyində qüvvəsini sınadı
01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada keçirilən gənclər
arasında ağır atletika üzrə dünya çempionatı davam edir.
Agyol.az xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız)
iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə
çıxacaqlar.
Onlardan ilk olaraq Səbinə Əzimova yarışa qatılıb. O, 55 kq çəki dərəcəsində
mübarizə aparıb.
Atletimiz toplam 177 kq (78+99) nəticə ilə 8-ci yeri tutub.
  Yayım tarixi :03 Iyun 2019   09:31
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=39264