XƏBƏR
10:45

  İranda 4,2 bal gücündə zəlzələ olub

Gündəm

Xəbər lenti

İranın cənub-qərbində Xuzistan vilayətində zəlzələ baş verib.

AgYol.az xəbər verir ki, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi yeraltı təkanlarıb 4,2 bal gücündə olduğunu bildirib.

Məlumata görə, təkanlar bu gün yerli vaxtla saat 09:04-də Qotvənd rayonunda 16 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər xəsarət almışdı.




  Yayım tarixi :01 Iyun 2019   10:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .