XƏBƏR
11:13

  "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forumun iştirakçıları adından BƏYANAT

Gündəm

Xəbər lenti

     Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Azərbaycanın  xarici siyasətində prioritet təşkil edir. Münaqişənin tezliklə ədalətli həlli,  bölgədə  əmin-amanlığa nail olunması, təkcə Azərbaycan üçün deyil,  həm də bütöv regionun sosial-iqtisadi inkişafına, dünyada  təhlükəsizliyin möhkəmlənməsinə öz töhvəsini verə bilər. Məlumdur ki, Ermənistanın tarix boyu apardığı təhdid siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan ailəsi, eləcə də ölkəmizdə yaşayan minlərlə digər xalqların nümayəndələri öz tarixi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

   Azərbaycan bu gün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində aradan qaldırılması istiqamətində fəal və məqsədyönlü siyasət aparır. Çox təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini uzatmağa yönəlik cəhdlər münaqişənin həlli istiqamətində konkret nəticələrin əldə olunmasına maneələr yaradır.

  Dünyaya məlumdur ki, Ermənistanın terror siyasəti ən dəhşətli faciələrdən olan Xocalı soyqırımına səbəb olmaqla, dinc sakinlərə qarşı törədilmiş ən  amansız soyqırım kimi tarixə düşmüşdür. Azərbaycan ərazilərini danışıqlar yolu ilə qaytarmaq istəməyən Ermənistanın etnik separatizm siyasəti bu gün də davam edərək,  yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə Cənubi Qafqaz Regionu üçün ciddi təhlükə olaraq qalır. Dünya ictimaiyyəti, BMT, AŞPA, Aİ, ATƏT-in Minsk qrupu kimi nüfuzlu beynəlxalq təşkilatların Ermənistana tətbiq etdiyi qətnamə və tələblərin bu günə qədər nəticəsiz qalması ikili standartların bariz nümunəsidir. Ermənistanın separatizm siyasəti həm də regionun dünya əhəmiyyətli bütün qlobal layihələri üçün təhlükə mənbəyidir. Aydın görünür ki, Ermənistanda son seçkilər zamanı siyasi hakimiyyətə  gələn qruplar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaq, Cənubi Qafqazda sabitliyi pozmaq, regionda təxribata yönəlik siyasi xətt seçmişlər.

      Bu Bəyanatı imzalayan Forum iştirakçıları dünya ictimaiyyətini, BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri tarixən insanların və mədəniyyətlərin dialoq məkanı olan Cənubi Qafqazın Ermənistanın regional təhdid siyasəti ilə hədəfə çevrilməsinin qarşısını almaqda əhəmiyyətli qərarlar qəbul etməyə, Dağlıq Qarabağ münaqişəsinin Beynəlxalq Hüquq normaları çərçivəsində həllinə nail olmağa çağırırıq.      




  Yayım tarixi :31 May 2019   11:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .