XƏBƏR
11:04

  Ziya Bünyadov prospektində rənglənmə işləri aparılacaq

Gündəm

Xəbər lenti

Bu gün və sabah axşam saat 23:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyük Şor yol qovşağına kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

 

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 




  Yayım tarixi :31 May 2019   11:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .