XƏBƏR
10:46

  Tarixin ən yaxşı mahnısı məlum oldu

Gündəm

Xəbər lenti
“Beatles” qrupunun “Yesterday” mahnısı bütün vaxtların ən yaxşı mahnısı elan olunub.

Agyol.az xəbər verir ki, bu barədə “24/7 Wall Street” portalı yazır.

1965-ci ildə buraxılan bu mahnıya 665 “cover” yazılıb. “Billbord Hot” hit-paradında bu, 11 həftə birinci yerdə qalıb.

İkinci yerdə 1970-ci ildə çıxan “Simon & Garfunkel”in “Bridge Over Troubled Water” ifası qərarlaşır. Ona 400-dən çox “cover” yazılıb və “Billboard”da 14 həftə ilk olub.

Üçüncü yerdə isə Adelin 2010-cu ildə çıxan “Rolling In the Deep” mahnısıdır. 65 həftə hit-paradda qalan mahnıya 84 “cover” yazılıb.

“TOP-10”luqda “Beatles”dan “Hey Jude”, amerikalı müğənni Con Leqenddən “All of Me”, Ledi Qaqadan “Bad Romance”, “The Queen”dən “Bohemian Rhapsody”, “Beatles”dan “Let It Be” və Bill Uizersdən “Ain`t No Sunshine” var.

Siyahı 100 mahnıdan ibarətdir, aralarında Elvis Preslidən “Can`t Help Falling In Love” (11-ci yer), Farel Uilyamsdan “Happy” (14-cü yer), Nensi Sinatradan “These Boots Are Made For Walkin” (21-ci yer), “Survivor” qrupundan “Eye of the Tiger” (25-ci yer), Eminemdən “Lose Yourself” (27-ci yer) yer alıb.

Ən yaxşı mahnılar üzrə liderlik “The Beatles” qrupuna aiddir.




  Yayım tarixi :31 May 2019   10:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .