XƏBƏR
10:35

  Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə olunub

Gündəm

Xəbər lenti

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

 

Agyol.az xəbər verir ki, avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

 

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.

 

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 




  Yayım tarixi :31 May 2019   10:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .