XƏBƏR
11:41

  Birinci vitse-prezident Mehriban Əliyeva: Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir

Gündəm

Xəbər lenti

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir.

 

Agyol.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə yer alıb.

 

Belə ki, sosial şəbəkədə edilən paylaşımda deyilir:

 

"Əziz həmvətənlər, Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib. Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq. Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm".




  Yayım tarixi :28 May 2019   11:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .