XƏBƏR
10:18

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olublar.

 

Leyla Əliyeva və akademiyanın tələbələri klinikada müalicə alan uşaqlarla görüşərək onlara rəsm çəkməyi öyrədiblər.

 

Leyla Əliyevanın, Rəssamlıq Akademiyasının tələbələrinin bu təşəbbüsü, uşaqlarla birlikdə rəsm çəkmələri balacalar üçün əsl sürpriz olub. Bu, ağır xəstəlikdən əziyyət çəkən uşaqların əhval-ruhiyyəsini yüksəldib.




  Yayım tarixi :28 May 2019   10:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .