XƏBƏR
16:29

  Hərbi Dəniz Qüvvələrində 28 may - Respublika Günü qeyd olunub

Gündəm

Xəbər lenti

Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasında 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.

 

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyini vurğulayıblar.

 

Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət xalqımızın dövlətçilik ənənələrini yaşatmaqla müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikası isə Xalq Cümhuriyyətinin siyasi varisidir.

 

Bayram tədbiri konsert proqramı ilə davam edib.

 

Sonda tədbirin təşkilində fəal iştirak edən qonaqlara HDQ-nin komandanlığı adından fəxri fərmanlar təqdim olunub.

 




  Yayım tarixi :27 May 2019   16:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .