XƏBƏR
11:52

  Türkiyədə 1000-dən artıq polis səfərbər edildi - Əməliyyat var

Gündəm

Xəbər lenti

Türkiyə polisi Bursa vilayətində narkotacirlərə qarşı irimiqyaslı əməliyyat keçirir.

 

Agyol.az ın məlumatına görə, əməliyyatda mindən artıq polis iştirak edir. 40 nəfərin saxlanıldığı bildirilir.

 

Əməliyyat konkret ünvanlarda aparılır.

 

Bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib ki, ölkədə narkomaniya və narkoticarətlə mübarizə tədbirləri gücləndirilməlidir.

 

Türkiyədə narkotikdən istifadə edənlərin minimal yaş həddi 13, orta yaş həddi 36, maksimal yaş həddi isə 65-dir.

 

Son 4 ildə İstanbulda narkotik vasitələrin satışı və istifadəsinə görə 3 yüz mindən artıq adam saxlanılıb.




  Yayım tarixi :27 May 2019   11:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .