XƏBƏR
11:20

  Elmar Məmmədyarov: Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir

Gündəm

Xəbər lenti

Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.

 

Agyol.az xəbər verir ki, bunu Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

 

Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb.

 

Elmar Məmmədyarov hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.

 




  Yayım tarixi :27 May 2019   11:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .