XƏBƏR
10:14

  Misirdə Respublika Gününə həsr olunmuş tədbir təşkil edilib

Gündəm

Xəbər lenti
“Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin mərkəzində Respublika Gününə həsr olunmuş tədbir təşkil olunub.

Agyol.az xəbər verir ki, tədbirdə ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, Misirdə yaşayan azərbaycanlılar, burada təhsil alan tələbələr, diaspor mərkəzinin misirli və xarici tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən diaspor birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov iki ölkə arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, 1918-ci il mayın 28-də Azərbaycan xalqının müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaratdığını xüsusi qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verən diaspor sədri xalqımıza qarşı tarix boyu dəfələrlə soyqırımı törədildiyini diqqətə çatdıraraq, Azərbaycanın bütün bölgələrində cümhuriyyətin qurulması yolunda xalqımızın işğalçılara qarşı göstərdiyi igidlikdən də söhbət açıb. S.Nəsirov xalqımızın igid övladlarının dünyaya örnək olduğunu dəfələrlə ərəb mənbələrində və arxivlərdə rast gəldiyini də diqqətə çatdırıb.

Diaspor sədrin müavini Ceyhun Xəlilov çıxışında bu kimi tədbirlərin əhəmiyyətindən danışaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmag sahəsində gənclərimizi sosial şəbəkələrdə daha fəal olmağa çağırıb.

Sonda tədbir iştirakçılarına Azərbaycanın ləziz yeməklərindən ibarət iftar süfrəsi açılıb.




  Yayım tarixi :27 May 2019   10:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .