XƏBƏR
10:12

  Varşavada Azərbaycan istehsallı film göstəriləcək

Gündəm

Xəbər lenti

Polşanın paytaxtı Varşavada mayın 30-da Azərbaycan istehsallı “Cavad xan” filmi nümayiş olunacaq.

 

Agyol.az xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə “Centrum Promocji Kultury”da keçiriləcək nümayiş Azərbaycan film festivalı çərçivəsində baş tutacaq.

 

Rejissoru Rövşən Almuradlı olan filmdə XIX əsrin əvvəllərində Rusiya imperiyası qoşunlarının Gəncə xanlığına qarşı hücumundan, Cavad xanın onlarla mübarizəsindən və ölümündən bəhs edilir.




  Yayım tarixi :27 May 2019   10:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .