XƏBƏR
20:52

  Rufiz Qonaqov : Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı fikirlərini bizimyol.info ya bildirib.

Gündəm

Xəbər lenti

Rufiz Qonaqov : Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı fikirlərini bizimyol.info ya bildirib.

Xaricdən verilən bəyanatlar Avroliqaya təsir edəcəkmi?


Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı fikirlərini bizimyol.info ilə bildirib.


Məlum olduğu kimi, Amnisty İnternational təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Bəs bu təşkilatın belə bir mövqe bildirməsi nə ilə bağlıdır və bəyanat Avroliqanın final oyunlarının Bakıda keçirilməsinə hansısa mənfi təsir edə bilərmi?


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov bizimyol.info-ya açıqlamasında Azərbaycana qarşı “qarayaxma” kampaniyası və ya təhdidləri ilk dəfə olmadığını deyib:


“Hər dəfə ölkəmizdə seçkilər ərəfəsində, yaxud böyük idman tədbirləri zamanı biz bu hallarla rastlaşırıq. Bu, onu göstərir ki, Azərbaycanın bu gün dünyadakı rolu və güclənməsi müəyyən ermənipərəst qüvvələri, gözü götürməyən dairələri narahat edir. Məhz bu baxımdan futbol oyunu ərəfəsində belə bəyanatların verilməsi də bir tərəfdən də gözlənilən idi. Sadəcə, həzm edə bilmirlər ki, Azərbaycan kimi müstəqilliyini yenicə əldə edən gənc bir dövlət bu qədər uğurlara imza ata bilər”.

Qonaqov fakt olaraq, ölkəmizin bundan əvvəl də Avroviziya mahnı müsabiqəsinə, 1 –ci Avropa Oyunlarına , 4- cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edərkən kifayət qədər qonaq qəbul etdiyini vurğulayıb: “ Bu gün Azərbaycanın həm infrastrukturu, həm hərtərəfli imkanları, həm də idman strukturu imkan verir ki, hətta bir neçə belə oyunlar keçirək. Lakin onların məqsədi tamam başqadır -qərəzdir. İnsan hüquqları , hansısa demokratiya adı altnda müəyyən məsələləri ortaya atırlar. Bunlar çox absurd, idmanla əlaqəsi olmayan fikirlərdir.


Azərbaycan bu gün demokratik bir ölkədir. Bütün beynəlxalq qurumların, təşkilatların tam bərabərhüquqlu üzvüdür . Bu istiqamətdə də bütün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Yaxşı olardı ki, demokratiyadan danışan belə beynəlxalq qurumlar özlərində bir cəsarət tapıb, öz içərilərində islahatlar aparsınlar. Bu gün Fransanın mərkəzində insanları, jurnalistləri döyürlər, antidemokratik hərəkatlar aparılır. Lakin bununla bağlı heç bir bəyanat vermirlər. 20 ildir Ermənistan Azərbaycan torpaqlarını işğala məruz qoyub. Bununla bağlı ATƏT-in Mink qrupu həmsədrləri olsa da, işğalçı öz adı ilə tanınmır. Nəinki bu gün Azərbaycanda sabitlik və sakitlik var. Həmçinin Azrbaycan işğala məruz qalmasına baxmayaraq, bu qədər dünyanı narahat edən təhlükəsizlik məsələlərindən tutmuş, idman yarışlarına qədər, multukultural məsələlərə qədər dəyərləri özündə cəmləşdirib. Azərbaycan bu gün enerji ölkəsinə, nəqliyyat dəhlizinə çevrilən bir ölkədir. Bunlar, əlbəttə ki, onları narahat edəcək. Azərbaycanın gücü bütün müsəlman dünyasının, Tükiyənin gücüdür, eləcə də, Ermənistan istisna olmaqla qonşularının gücüdür. Ona görə də bu müəyən dairələri qıcıqlandırır”.


Qonaqovun sözlərinə görə, bu bəyanat Avroliqanın final oyunlarının Bakıda keçirilməsinə heç bir mənfi təsir edə bilməz: “Final oyununun Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün bütün addımlar atılıb və şərait var . Hər çey sadələşdirilib və asanlaşdırılıb.


Viza rejimindən tutmuş, banklara qədər gücləndirilmiş iş rejimində işləyəcək. Daha da yüksək səviyyədə bu yarışma keçiriləcək. Qoy ingilislər də gəlsinlər, komandalara azarkeşlik edənlər də gəlib Azərbaycanı görsünlər. Nə qədər Avropanın mərkəzində oturub, final oyunu izləyəcəklər? Gəlib inkişafı görsünlər, şəhərimizi, hava limanını, idman struktrumuzu görsünlər. Hər halda bu yarışmadan sonra gələn idmançılardan , azarkeşlədən rəyi soruşsanız, hamı bu qonaqpərvərikdən, şəraitdən razılığın bildirəcək. İndiyə qədər də bu, belə olub. Ona görə də heç bir mənfi təsirdən söhbət gedə bilməz. Əksinə Azərbaycanı bu final mərhələsi ilə bir daha bütün dünya canlı yayimla tanıyacaq”.




  Yayım tarixi :25 May 2019   20:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .