XƏBƏR
12:38

  Baş nazirin müavini: Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq

Gündəm

Xəbər lenti

Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir.

 

Agyol.az xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov deyib

 

Ə.Əhmədov bildirib ki, məcburi köçkünlərin yaşadığı ictimai binalarda bir neçə dəfə xoşagəlməz hadisələr baş verib: “Bu binalarda bir neçə dəfə yanğın olub və bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, onlar hələ ki həmin binalarda məskunlaşmağa məcburdurlar. Onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu, xeyli vaxt aparır. Məcburi köçkünlərin yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya yoxlamalar aparır, təhlükəli olan yerlər haqqında bizdə səhih məlumatlar var".

 

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq: "İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək".

 




  Yayım tarixi :25 May 2019   12:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .