XƏBƏR
10:49

  UEFA prezidenti Bakıda Avropa Liqasının finalının keçirilməsi qərarını dəstəkləyib

Gündəm

Xəbər lenti

UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını dəstəkləyib.

 

Agyol.az ın məlumatına görə, UEFA prezidenti "Arsenal"ın yarımmüdafiəçisi Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən danışıb. O bildirib ki, Mxitaryanın dedikləri Fransada "Avro-2016" keçirilən zaman dedikləri ilə paralellik təşkil edir.

 

UEFA prezidenti qeyd edib: "Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik".

 

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.




  Yayım tarixi :25 May 2019   10:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .