XƏBƏR
11:15

  Bahar Muradova: Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik

Gündəm

Xəbər lenti

Bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik. Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq.

 

Agyol.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

 

B.Muradova deyib ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər.

 

Vitse-spikerin sözlərinə görə, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

 

O qeyd edib ki, Azərbaycanda parlamentarizm ənənələri qədimdən mövcud olub.




  Yayım tarixi :24 May 2019   11:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .