XƏBƏR
10:36

  Milli Məclis rəhbərliyi ilə hakim YAP Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb

Gündəm

Xəbər lenti

Bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb.

 

Agyol.az xəbər verir ki, görüşdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak edirlər.

 

Görüşdə həmçinin, bir sıra dövlət qurumlarının, komitə və nazirliklərin rəsmi şəxsləri iştirak edirlər.

 

Hər üç vitse-spikerin müxtəlif məsələ və mövzular üzrə geniş məruzəsi nəzərdə tutulur.




  Yayım tarixi :24 May 2019   10:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .