XƏBƏR
11:32

  Bakı avtovağzalında yenilik - FOTO

Gündəm

Xəbər lenti

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisindəki bir sıra yeniliklər olub.

AgYol.az verdiyi məlumata görə,  Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir müddət öncə sərnişinlərin ixtiyarına verilən Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.

Tablolarda həm qovşaq daxilində olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də BBAK-ın giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.

Qeyd edək ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib. Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.

Yaxın günlərdə həm Bakı Beynəlxalq Avtovağzal Kompleksində, həm də Nəqliyyat Qovşağında saxlama kameraları sərnişinlərin ixtiyarına veriləcək.





  Yayım tarixi :23 May 2019   11:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .