XƏBƏR
14:06

  Batutçularımız Rusiyada qızıl medal qazandı

Gündəm

Xəbər lenti

Ötən gün Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları baş tutub.

 

Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər. Belə ki, bu yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək, qızıl medal qazanıblar.

 

Yarışda çıxış edən xanım gimnastımız Selcan Mahsudova turniri 51.550 xalla 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar.




  Yayım tarixi :23 May 2019   14:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .