XƏBƏR
14:44

  Bakı metrosunda alternativ enerji mənbələrindən istifadə olunacaq

Gündəm

Xəbər lenti

“Bakı Metropoliteni” QSC alternativ enerji mənbələrindən istifadə edəcək.

 

Agyol.az xəbər verir ki, bu barədə QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

 

Onun sözlərinə görə, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə “Bakı Metropoliteni” QSC-ni alternativ enerji ilə təmin edəcək.

 

"Bakı Metropoliteni" QSC və "Azərişıq" ASC-nin potensial imkanları nəzərə alınaraq, məsələyə birgə yanaşma aspektləri, ümumi mövqe müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyalarının "Azərişıq" ASC-nin rayon yarımstansiyalarında yaradılması optimal variant kimi qəbul edilib. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək.

 

"Azərişıq" ilə hərtərəfli müzakirələrdən sonra dizel-elektrik stansiyalarının yerləşəcəyi yerlər müəyyən olunub və birgə konsepsiya hazırlanıb. Metropolitenin əsas enerji tələbatının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də artıq müəyyən olunub.

 




  Yayım tarixi :22 May 2019   14:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .