XƏBƏR
12:54

  Türkiyəli hərbçilər S-400-lərin istifadəsi üzrə təlimlərə başlayır

Gündəm

Xəbər lenti

Türkiyənin müdafiə naziri Hulusi Akar S-400 zenit-raket komplekslərinin istifadəsi üzrə təlimlər keçmək üçün Ankaranın Rusiyaya hərbçilər göndərdiyini bildirib.

 

Agyol.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat verib.

 

“Biz öz hərbçilərimizi S-400 zenit-raket komplekslərinin istifadəsi üzrə təlim keçmək üçün Rusiyaya göndərmişik. Təlimlər bu gündən başlayacaq və bir neçə ay davam edəcək. Personalın sayı daim dəyişəcək, hər birinin öz xüsusiyyəti var”, - deyə hərbi qurumun rəhbəri bildirib.

 

Hulusi Akar, həmçinin Ankaranın S-400 zenit-raket kompleksləri ilə bağlı Vaşinqtonla danışıqları davam etdirdiyini və eyni zamanda, ABŞ tərəfindən sanksiyalara hazırlaşdığını vurğulayıb. Türkiyənin müdafiə naziri ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin çatdırılması üzrə yeni təkliflər irəli sürdüyünü də qeyd edib.

 

“Hazırda “Patriot” komplekslərinin satış qiyməti, texnologiyaların ötürülməsi və müştərək istehsalat üzrə danışıqlar aparılır”, - deyə Hulusi Akar bildirib.

 

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. Ankara bu sövdələşməyə görə ABŞ və NATO ölkələrinin kəskin tənqidinə məruz qalıb.

 

Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanlığının məlumatına görə, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil edilib.




  Yayım tarixi :22 May 2019   12:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .