XƏBƏR
11:56

  Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası mayın 23-24-də Bakıda keçiriləcək

Gündəm

Xəbər lenti

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası Bakıda keçiriləcək.

 

Agyol.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası bu ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.




  Yayım tarixi :22 May 2019   11:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .