XƏBƏR
11:37

  Rusiyada terrorçular öldürüldü yenilənib

Gündəm

Xəbər lenti

Rusiyanın Vladimirski vilayətinin Kolçuqino şəhərində keçirilən anti-terror əməliyyatının gedişində xüsusi təyinatlılar iki yaraqlını zərərsizləşdirib.

 

Agyol.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.

 

Xüusi təyinatlı dəstə quldurların qaldığı evi mühasirəyə alaraq, giriş-çıxışlarını bağlayıb. Cinayətkarlar təslim olmaqdan imtina edərək, atəş açıb. Atışmanın gedişində hər iki yaraqlı öldürülüb.

 

Komitənin verdiyi məlumata görə, yaraqlılar terrorçu qruplaşmalardan birinin tərəfdarları olub  və xarici kordinatorlarının təlimatı əsasında insanların kütləvi toplaşdığı yerlərdə terror aktları törətməyi planlaşdırıb. Komitə onların konkret olaraq hansı qruplaşmaya məxsus olduğunu açıqlamır.

Rusiyada Vladimir vilayyətinin Kolçuqino şəhərində terrorçular şəxsi evdə səngərləniblər.

Agyol.az xəbər verir ki, yaraqlılar hüquq-mühafizə orqanlarının təslim olma çağırışına cavab olaraq atəş açıblar.

Yaraqlıların gizləndiyi yaşayış evi Kolçuqino şəhərinin kənarında yerləşir. Ərazidə kontr-terror əməliyyatı rejimi tətbiq olunub. Hadisə yerindən azı 15 insan təcili evakuasiya olunub.

Milli antiterror komitəsindən bildiriblər ki, yaraqlılar insanların kütləvi toplaşdıqları yerdə terror aktı həyata keçirmək istəyiblər. 

 




  Yayım tarixi :22 May 2019   11:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .