XƏBƏR
11:16

  Səfirlik: Jurnalist Fuad Abbasovun Rusiyada saxlanılması nəzarətimizdədir

Gündəm

Xəbər lenti

Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

 

Agyol.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb.

 

Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür.




  Yayım tarixi :22 May 2019   11:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .