XƏBƏR
10:59

  Növbədənkənar iclasların vaxtı dəqiqləşdi

Gündəm

Xəbər lenti

Milli Məclisin (MM) iyun ayında keçiriləcək növbədənkənar iclaslarının vaxtı məlum olub.

 

Agyol.az MM-dən əldə etdiyi məlumata görə, istisna hal olmasa, iyun ayında iki növbədənkənar iclasın keçirilməsi nəzərdə tutulur.

 

İlk növbədənkənar iclasın iyunun 11-də, ikinci və sonuncu növbədənkənar iclasın isə iyunun 28-də keçirilməsi gözlənilir.

 

Növbədənkənar iclaslarda “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci və üçüncü (sonuncu) oxunuşlarda, o cümlədən, “Aqrar sığorta haqqında” qanun layihəsinin ən azı ikinci oxunuşda müzakirəsi planlaşdırılır.

 

İclaslarda bir sıra qanun və məcəllələrə dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi qərarlaşdırılır.

 

Sonuncu növbədənkənar iclasdan sonra millət vəkilləri yay tətilinə çıxacaq, bir də sentyabrın 15-də, növbəti payız sessiyasının komitə iclaslarının başlayacağı gün işə qayıdacaqlar.

 

Payız sessiyası oktyabrın 1-də başlayacaq.ф

 




  Yayım tarixi :22 May 2019   10:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .