XƏBƏR
10:28

  Cənubi Koreyada avtomobil istehsalı azalıb

Gündəm

Xəbər lenti
Cənubi Koreyada avtomobil istehsalı ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb.

Agyol.az ın məlumatına görə,  Koreya Avtomobil İstehsalçıları Assosiasiyası xəbər verir ki, azalmanın əsas səbəbi Çin və ABŞ-da Cənubi Koreya istehsalı olan “Hyundai” və “Kia” avtomobillərinə tələbatın zəifləməsidir.

Bildirilir ki, ölkədə yanvar-mart aylarında təxminən 957 min avtomobil istehsal olunub. Cənubi Koreya bu rəqəmlə istehsal olunan avtomobillərin sayı baxımından Çin, ABŞ, Yaponiya, Almaniya, Hindistan və Meksikadan sonra 7-ci yeri tutur.

Assosiasiyanın məlumatına görə, cari ilin birinci rübündə Braziliya, İspaniya və Fransa da daxil olmaqla, dünyanın ən çox avtomobil istehsal edən 10 ölkəsində ümumilikdə 18,49 milyon ədəd avtomobil buraxılıb. Bu da əvvəlki illə müqayisədə 4,6 faiz azdır.




  Yayım tarixi :22 May 2019   10:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .